Millət vəkilləri Estoniya parlamentinin sədri ilə görüşüblər

Azərbaycan və Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar olaraq Azərbaycanın bir qrup millət vəkili Estoniyaya səfər edib.

"OLAYLAR" xəbər verir ki, Milli Məclisin deputatları Jalə Əhmədova və Azər Kərimli səfər çərçivəsində Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov ilə birgə Estoniya Riigikogunun (parlament) sədri Yuri Ratas və Estoniya-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşüblər.

Görüş barədə sosial şəbəkədə məlumat paylaşan millət vəkili Jalə Əhmədova deyib ki, Yuri Ratas, iki ölkə arasında diplomatik münasibətlərin yüksək səviyyədə olmasını, parlament qruplarının sıx və səmərəli əməkdaşlığını qeyd edib:

"Görüş zamanı, həmçinin Azərbaycan və Estoniya arasında siyasi dialoqun davam etdirilməsi, hər iki ölkənin parlamentləri arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri, Azərbaycan və Ermənistan arasında siyasi dialoqun hazırkı vəziyyəti müzakirə edildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31