Yerli özünüidarəetmə ilə bağlı təcrübə mübadiləsi aparılıb

Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin və bələdiyyələrin milli assosiasiyalarının birgə təşkilatçılığı ilə Türkiyə Respublikasının Kocaeli, Girəsun, Litva Respublikasının Druskininkay, Gürcüstan bələdiyyələrinin nümayəndələri ilə Azərbaycan bələdiyyələri arasında təcrübə mübadiləsi məqsədilə videokonfranslar keçirilib. "Olaylar" xəbər verir ki, tədbirlərdə bələdiyyələr üçün dayanıqlı gəlir mənbələrinin formalaşdırılması, o cümlədən yerli vergi və ödənişlərin hesablanması, toplanması və yaranmış borcların bələdiyyə büdcəsinə ödənilməsi qaydaları barədə xarici təcrübə mübadiləsindən danışılıb, bələdiyyələr tərəfindən həyata keçirilən abadlıq, quruculuq işləri, qarşıda duran vəzifələrin icrası barədə məlumat verilib.

Bələdiyyə müəssisələrinin yaradılma mexanizmi və fəaliyyət istiqamətləri, turizmin inkişafı üçün həyata keçirilən layihələrlə bağlı müzakirələr edilib.Onlayn tədbirlərdə həmçinin, yerli büdcə prosesində və bələdiyyə qərarlarının qəbulunda vətəndaşların iştirakı və bələdiyyələr tərəfindən görülmüş işlər barədə fikir mübadiləsi aparılıb. Bu sahədə bələdiyyələrin təcrübəsindən danışılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31