Şuşada qurultay Azərbaycan tarixinin yeni bir səhifəsidir
19 Aprel 2022 09:46 SiyasətAzərbaycan diasporunun xaricdəki fəaliyyəti ilə bağlı Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu öz fikirlərini "OLAYLAR.az"-a bildirib.
"Ulu öndər Heydər Əliyev dünya Azərbaycanlılarının həmrəyliyinin təmin olumasında , onlar arasında təmasların sıx olmasında hər zaman təşəbbüslə çıxışlar edib, bu istiqamətdə yorulmadan fəaliyyət göstərib. Yaxşı xatırlayırıq ki , ulu öndər xarici ölkələrə səfər edən zaman mütləq həmin ölkədə azərbaycanlılarla görüşlər keçirər ,onlara çağırış edər, hər zaman vətənə bağlı olmağı , vətənlə əlaqələri həmişə sıx saxlamağı tövsiyyə edər, fikir mübadiləsi aparar, problemləri ilə maraqlanardı. Təbii ki diaspor quruculuğunda bu baxımdan Heydər Əliyevin həlledici rolu olub və dünya Azərbaycanlılarının təmaslarının təmin olunması , milli maraqlar uğrunda səylərinin səfərbər edilməsi, Azərbaycanla dünya azərbaycanlıları arasında əlaqələrin koordinasiya olunması dövlət siyasətinin mühüm bir istiqaməti kimi məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Ona görə də biz bu gün diaspor quruculuğunu Heydər Əliyevin adı ilə bağlayırıq. Nəzərə almaq lazımdır ki , məhz Heydər Əliyevin təşəbbüsü ilə Diasporla iş Komitəsi yaradılmışdır. Komitənin yaradılmasından sonra dünya azərbaycanlıları arasında əlaqələrin qurulması , dünya azərbaycanlıları ilə Azərbaycan Respublikası arasında bağların sıxlaşdırılması istiqamətində fəaliyyət həyata keçirildi . Heydər Əliyevin bütün sahələrdə strategiyasını uğurla davam etdirən Azərbaycan prezidenti cənab İlham Əliyev diaspor quruculuğu sahəsində də müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlıların diaspor təşkilatları ilə işlərin həyata keçirilməsi istiqamətində də ulu öndərin siyasətinə uyğun addımları davam etdirmişdir.
2006,2011,2016- cı illərdə dünya azərbaycanlılarının qurultayı Bakıda təşkil edilmşdir. Bu qurultaylarda Azərbaycan prezidenti İlham Əliyev iştirak etmiş, geniş nitq söyləmiş və Azərbaycanın nailiyyətlərin səsləndirmişdir. Hər zaman əsas vurğuladığı mV qurultayın Şuşada təşkil olunması Azərbaycan tarixinin yeni bir səhifəsidir.əsələ ondan ibarət idi ki , biz torpaqlarımızı işğaldan azad edəcək və Şuşaya qayıdacağıq. Həqiqətən də belə oldu və artıq dünya Azərbaycanlılarının V qurultayı Şuşa şəhərində keçiriləcək . Prezident cənab İlham Əliyev bütün dünya azərbaycanlılarına vermiş olduğu sözü tutdu .Onun rəhbərliyi altında müzəffər, şanlı Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Bu gün Şuşa öz sahiblərinə -Azərbaycan xalqına, dünya azərbaycanlılarına məxsusdur.
V qurultayın Şuşada təşkil olunması Azərbaycan tarixinin yeni bir səhifəsidir. Bütün dünya ictimaiyyəti , dünya KİV-ləri dünya Azərrbaycanlıların V qurultayını yaxından izləyəcək və bir daha Şuşanın əsl sahibinin kim olduğunu görəcəklər . Hesab edirəm ki, Şuşada qurultayın keçirilməsi olduqca əhəmiyyətlidir. Şuşada dünya Azərbaycanlılarının qurultayı həm də Şuşanın bütün dünya Azərbaycanlılarına məxsus olduğunu, hər bir azərbaycanlının öz doğma şəhərlərini, ən əsas da Şuşaya səyahət edə biləcəklərini və öz tədbirlərini keçirə biləcəyini nümayiş etdirir . Şuşa bu dəfə dünya azərbaycanlılarını bir araya gətirəcək və onlar arasındakı həmrəyliyi təmin edəcək . Bu çox əhəmiyyətli və özündə böyük simvolik elementləri daşıyan hadisədir. Nəzərə almaq lazımdır ki, dünyanın 64 ölkəsindən 400-ə yaxın Azərbaycanlı Şuşadakı qurultayda iştirak edəcək. Bu mühüm hadisə münasibəti ilə bütün dünya azərbaycanlılarını təbrik edirəm. Hesab edirəm ki, bundan sonrakı mərhələdə də Şuşa həm Azərbaycanın, həm də Türk dünyasının mədəniyyət paytaxtı olmaqla çox mühüm tədbirlərə ev sahibliyi edəcək".