Ermənistan ordusunun tör-töküntüləri hələ də Qarabağda qalmaqdadır

"Rusiyanın Müdafiə Nazirliyi dünən "Dağlıq Qarabağda ermənilərin bir dəfə atəşkəsi pozması halını" qeydə aldıqlarını bidirib.  Bununla bağlı açıqlamada "Rusiya sülhməramlılarının təhlükəsizliyi və mümükün insidentlərin qarşısının alınması üçün Azərbaycan və  Ermənistan Silahlı Qüvələrinin Baş Qərargahları ilə davamlı əlaqə" saxlanıdığı da vurğulanır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, artıq "Dağlıq Qarabağ" anlayışı yoxdur, Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsi var: "İkincisi, münaqişə bitdiyindən orada atəşkəsin pozulması halı baş verə bilməz. Hər şey öz adıyla çağrılmalıdır. Deyiməlidir ki, separatçı-terrorçü ünsürlərin növbəti silahlı təxribatı olub. Üçüncüsü, əgər Rusiyanın hərbi kontingenti üçtərəfli bəyanata uyğun şəkildə davranaraq Qarabağın müvvəqəti kontrollarında olan hissəsində separatçıların  qanunsuz silahlı birləşmələrinin ləğvinə çalışsaydı,  orada "atəkəsin pozulması" halı da baş verməzdi. Dördüncüsü,  anlamaq olmur ki, Rusiya Müdafiə Nazirliyi Qarabağdakı hərbi kontingentlərinin "təhlükəsizliyinin təmin edilməsi və mümkün insidentlərin qarşısının alınması üçün" niyə Ermənistan Silahlı Qüvvələrinin  Baş Qərargahıyla "davamlı əlaqə" saxalamalı olur. Bu o deməkdir ki, Ermənistan ordusunun tör-töküntüləri hələ də Qarabağda qalmaqdadır. Rusiya hərbi kontingenti müvəqqəti məsuliyyət zonasında separatçı-terorçu ünsürlərin qanunsuz silahlı birşləşmələrinin varlığına göz yumduğu kimi, üzərinə düşən öhdəliyə əməl edərək Ermənistan ordusunun tör-töküntülərini də oradan çıxarmır. Niyə?! Moskva doğrudan da, regionda düşmənçiliyin əməkdaşlıqla əvəz edilməsini, Azərbaycanla Ermənistan arasında sülh yaranmasını, Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayanların reinteqrasiyasını istəyirsə, belə davranmamalıdır axı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31