Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək
18 Aprel 2022 13:31 SiyasətQırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfər edəcək.
Olaylar.az xəbər verir ki, bunu Qırğızıstan Respublikası Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Jeenbek Kulubayev deyib.
Onun sözlərinə görə, səfər aprelin 19-20-də baş tutacaq.
Qırğızıstan Prezident Administrasiyasının rəsmisi bildirib ki, dövlət başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli əməkdaşlığın qurulması perspektivlərini müzakirə edəcəklər.
Bundan başqa, Azərbaycanla Qırğızıstan arasında Strateji Əməkdaşlıq barədə Bəyannamə, həmçinin, Dövlətlərarası Şuranın yaradılması haqda Memorandumun imzalanması gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31