Putin "Moskva"dan Mixail Saakaşvilinin əleyhinə, Bəşər Əsədin isə lehinə istifadə edib...
15 Aprel 2022 18:38 SiyasətRusiya prezidenti krayserdə Əbdül Fəttah əl-Sisini və Silvio Berluskonini qəbul edib
Olaylar.az bildirir ki, bu fikirləri jurnalist Elbəyi Həsənli öz sosial şəbəkə hesabında qeyd edib. O həmçinin qeyd edib ki:
Qara dəniz donanmasının onurğa sütunu sayılan "Moskva" flaqman gəmisi suyun dibindədir. Obrazlı şəkildə desək, Ukrayna Rusiya Ordusunun Qara dənizdə belini qırıb...
"Moskva" ilə bağlı Qərb mətbuatında maraqlı məlumatlar var. Təəssüf ki, bizim mətbuat belə şeylərdən yazmır. Bir-ikisin qulluğunuza ərz edim...
Almaniyanın ən nüfuzlu media mərkəzlərindən olan "zeit.de"-də gedən məqamlara diqqət edək: Nəşr yazır ki, "Moskva" krayserindən hələ sovet dönəmində istifadə olunub. Belə ki, 1989-cu ilin dekabrında Maltada ABŞ prezidenti Corc Buş (ata. 1989-1993) ilə Mixail Sergeyeviç Qorbaçovun görüşünün təşkilində SSRİ krayserdən istifadə edib...
1983-ü ildə "Slava" adı ilə dənizə buraxılan 186 metrlik krayserin adı 1995-ci ildə "Moskva" adına dəyişdirilib.
"Moskva"dan 2008-cı ildə Gürcüstana qarşı istifadə olunub. 2015-2016-cı illərdə isə Rusiya Aralıq dənizinə daxil olan "Moskva" gəmisi ilə Suriya diktatoru Bəşər Əsədə dəstək verib.
2014-cü ilin avqustunda isə Vladimir Putin Misir prezidenti Əbdül Fəttah əl-Sisini "Moskva" krayserində qəbul edib. İtaliyaya səfərə gedən Vladimir Putin Baş nazir Silvio Berluskoni ilə də "Moskva" gəmisində görüşüb...