Kreml Minsk qrupu formatından uzaqlaşır
15 Aprel 2022 15:45 SiyasətQurum həll olunmuş münaqişəyə hansı formada müdaxilə edə bilər?
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınması məqsədilə yaradılmiş ATƏT-in Minsk qrupunun ötən müddət ərzində atdığı addımların heç bir nəticə vermədi. Problemin həlli məqsədilə qurumun irəli sürdüyü təkliflər elə təklif olaraq qaldı. Minsk qrupunun real təsir mexanizmi olmadığından tövsiyyə xarakterli təklifləri münqaişə tərəflərində "söz oyunundan" o tərəfə keçmədi. Məhz bu səbədən cəmiyyətdə nüfuzunun itirmiş Minsk qrupu ötən 28 ildə fəaliyyətsiz bir quruma çevrildi. Azərbaycan bu münaqişəni özü hərbi-siyasi yollarla həll etdi. Başqa sözlə, münaqişənin həlli ilə bağlı BMT qətnamələrinii icrasını təmin etdi. Ancaq nədənsə, Ermənistan tərəfi də daxil olmaqla qurumda təmsil olunan dövlətlər onun statusunun saxlanmasında maralı görünür. Məlumat üçün qeyd edək ki, ATƏT-in Minsk qrupunda vasitəçi qismində Rusiya, Fransa və ABŞ təmsil olunur. Narahatverici məqam ondan ibarətdir ki, sadalanan dövlətlərin hər üçünün zahirən Azərbaycanla münasibəti normal olsa da onların ölkəmizlə bağlı dövlət maraqları göz önündədir. Hazırda isə Minsk qrupunun vasitəçiliyi hansısa münaqişənin həll olunması inandırıcı görünmür. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ və Fransa bu ölkəyə düşmən münasibəti bəsləyir. Belə halda adıçəkilən üç dövlətin maraqlarının üst-üstə düşəcəyi ehtimalı sıfıra bərabərdir. Həmçinin, Rusiya çalışır ki, bölgədəki münaqişələrin həllini monopoliyasına salsın, ABŞ və Fransa isə Rusiyanı prosesdən kənarlaşdırmaq niyyətindədir. Elə bu səbədən də Rusiya Cənubu Qafqazda mövqeyini saxlamaq üçün Ermənistandan maksimim istifadə edir. Rusiyanın Gümrüdə öz hərbi bazasınının yerləşdirməsinin siyasi və hərbi məqsədləri hamıya aydındır. İndi təsəvvür edin ki, bu dövlətlərin təmsil olunduğu Minsk qrupundan hansı səmərəli fıaliyyət gözləmək olar? Məsələ ondan ibarətdir ki, Minsk qrupu artıq həll olunmuş münaqişəyə hansı formada müdaxilə edəcək. Reallıq isə budur ki, artıq Minsk qrupu yerini Avropa İttifaqına verməkdədir.
Azərbaycan 44 günlük Vətən müharibəsində münaqişəni hərbi yolla həll etdikdən sonra Rusiya tərəfi bəyan etmişdi ki, ABŞ və Fransa Rusiya ilə kontaktları Minsk Qrupu çərçivəsində dəyandırıblar. Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayevin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilməsi
Kremlin Minsk Qrupu formatından uzaqlaşaraq xüsusi nümayəndəlik institutuna üstünlük verdiyini göstərir. Xüsusi nümayəndəlik institutu isə sırf Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi ilə məşğul olacaq. Sözün həqiqi mənasında bu formatın bir araya gələrək 30 illik münaqişəni dinc yolla həll edəcəyi qeyri-mümkündür. Məhz mövcud stuasiyanı anlayan İrəvana səfər etmiş ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bris Rokfeyl də regiona tamam başqa statusla gəlib. Ermənistan rəsmiləri və KİV-i onu "MQ həmsədri" kimi təqdim etsələr də, Azərbaycan mediasına məlum olub ki, Rokfeyl İrəvana "MQ həmsədri" kimi yox, Fransa XİN-nin Şərq Tərəfdaşlığı proqramı üzrə nümayəndəsi kimi səfər edib. Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanın Prezidenti İlham Əliyevin Minsk Qrupunun artıq mandatının de-fakto etibarsız olduğu haqda fikrini bir daha təsdiqləyir: "Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. Müharibədən keçən dövr ərzində - son Rusiya-Ukrayna müharibəsinə qədər olan dövr ərzində biz bu məsələ ilə bağlı öz fikirlərimizi bildirmişdik. Bizim xarici işlər nazirimiz Minsk qrupunun həmsədrləri ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşdür və biz deyirdik ki, siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək. Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməmişdir. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz". Sonda qeyd edək ki, Minsk qrupu artıq fəaliyyətsiz quruma çevrilib. Qurumdakı ölkələrin dövlət maraqları vasitəçilik missiyasını icra etmətə imkan vermir.
Alim