Rusiya Finlandiya və İsveçə sərt xəbərdarlıq etdi: NATO-ya üzv olsalar, qarşılığını alacaqlar

Rusiya İsveç və Finlandiyanın NATO-ya daxil olma ehtimalı ilə bağlı xəbərlərə sərt münasibət bildirib. 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Finlandiya və İsveçin NATO-ya üzv olacağı təqdirdə, bu ölkələrlə olan sərhədlərdəki qoşunlarının sayının iki dəfə artırılacağını bildirib.

Medvedev bu ölkələrin NATO-ya daxil olma ehtimalının tez-tez müzakirə edildiyini qeyd edib:

"İsveç və Finlandiya NATO-ya qoşulmaq imkanlarını müzakirə edir. ABŞ hər imkanda Şimali Avropa ölkələrinə "Welcome!" deyir. Sadəcə qapımızı döyün, sizi dərhal evə dəvət edək. Bu nə deməkdir? Bu o deməkdir ki, Rusiyanın rəsmi düşmənlərinin sayı artacaq. İsveç və Finlandiya NATO-ya daxil olsa, Alyansın Rusiya ilə quru sərhədlərinin uzunluğu 2 dəfə artacaq. Təbii ki, bu sərhədləri möhkəmləndirmək lazım gələcək. Quru qoşunları və HHM ciddi şəkildə gücləndirilməli, Fin körfəzi hövzəsində xeyli hərbi-dəniz qüvvələri yerləşdirilməlidir. Bu halda, Baltik dənizinin nüvəsiz statusundan söhbət belə gedə bilməz. Balans bərpa edilməlidir. İndiyədək Rusiya belə addımlar atmırdı və atmağa da hazırlaşmırdı"

Qeyd edək ki, dünya mətbuatında Finlandiyanın iyun ayında NATO-ya üzv olmaq üçün müraciət edəcəyi, İsveçin də bu məsələyə isti baxdığına dair məlumatlar yayılır. Hər iki ölkənin müraciətindən sonra alyansa qəbul ediləcəkləri istisna edilmir.

azxeber.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31