“Ermənistan parlamenti ilə münasibəti gücləndirməliyik”-Deputat

"Ermənistanda Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edən rəhbər ortaya çıxıb". "Olaylar" xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Deputat Ermənistanın etiraflar durumundan istifadə etməyin lazım olduğunu vurğulayıb. "Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi yüksək səviyyədə fəaliyyət gostərir. Bu mərkəz cəmiyyətin fikrini, təkliflərini öyrənib, dövlətə çatdırır. Parlamentin də hansısa formada bu cür komissiyasının yaradılması lazımdır. Erməni parlamenti ilə münasibəti gücləndirməliyik. QHT-lər erməni QHT-lərlə forumların keçirilməsinə çalışmalıdır. Ermənistan cəmiyyətinə təklifləri biz verməliyik. Çünki biz qalibik. Bütün sahələrdə tarixçilər, yazıçılar və s. iştirakı ilə Ermənistanla əlaqələr qurulmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31