Deputat tapılan meyit qalıqlarından sübut kimi istifadə edilsinni təklif edib

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tapılmış insan qalıqları birinci Qarabağ müharibəsi zaman ermənilərin törətdiyi cinayətləri üzə çıxarır". "Olaylar" xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Tural Gəncəliyev bu gün keçirilən plenar iclasda danışıb. Deputat həmin qalıqlardan dünya məhkəmələrində maddi sübut kimi istifadəsini təklif edib: "Hazırda Azərbaycanın 4 minə yaxın itkin sakini var. Biz bundan beynəlxalq məhkəmələrdə maddi sübutlar kimi istifadə edə bilərik. Mülki insanlara qarşı törədilmiş bu cinayətlər bütün beynəlxalq hüquq prinsiplərinə ziddir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31