ABŞ Dövlət Departamentinin etirafı

Ermənistanın ölkəmizə qarşı törətdiyi vandalizm aktları təsdiqini tapır

Təcavüzkar Ermənistanın 30 illik işğalı dövründə Qarabağda Azərbaycana məxsus bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilib. İşğal olunmuş ərazilərdə demək olar ki, bütün məscidlər, mədrəsələr, körpülər, məbədlər dağıdılıb, xalqımızın milli mənəvi dəyərləri təhqir edilib. Həmçinin Azərbaycana məxsus mədəni və dini mülkiyyət talan edilib, təhqir edilib, dəyişdirilib və qanunsuz olaraq Ermənistana daşınıb. Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri vandalizm aktları zaman-zaman insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların, eləcə də ayrı-ayrı dövlətlərin hesabatında əksini tapıb. Elə ABŞ Dövlət Departamentinin rəsmi saytında 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatın Ermənistan hissəsində bildirilib ki, 2020-ci ildə etnik erməni qüvvələrinin bəzi azərbaycanlı əsirləri qanunsuz şəkildə qətlə yetirdiklərinə və işgəncəyə, ləyaqəti alçaldan rəftara məruz qoyduqlarına dair məlumatlar yayılıb. Bundan əlavə, Azərbaycan Baş Prokurorluğu Kəlbəcər rayonunun Başlıbel kəndində 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən öldürüldüyü iddia edilən azərbaycanlılara aid məzarların axtarışına başlayıb. Həmçinin, Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus onlarla qəbirstanlığın dağıdılması ilə bağlı sübutlar üzə çıxıb. 2020-ci ildə atəşkəsin əldə olunmasından sonra Ermənistanın daha əvvəl nəzarət etdiyi Azərbaycan ərazilərində 7 azərbaycanlı hərbçi və 29 mülki şəxsin minaya düşərək həlak olduqları, xeyli sayda insanın yaralandığı qeyd edilib. Çox  təəəsüf ki, İkinici Qarabağ savaşı zamanı Ermənistanın dinc Azərbaycan şəhərlərinin bombardman etməsi, onlarla insanın ölümünə səbəb olan qanlı hadisələrə hesabada toxunulmur. Hadisə barədə BMT, AŞPA, ATƏT PA, NATO-nun Baş katibi, NATO PA-nın prezidenti, Aİ Komissiyasının prezidenti, AŞ-nın prezidenti, Avropa Parlamentinin prezidenti, UNİCEF-in icraçı direktoruna və s. təşkilatlara müraciət ünvanlansa da hələlik sözügedən qurumlar susqunluq nümayiş etdirirlər.

Şübhəsiz, ermənilərin bu barbarlığı adi müharibə cinayəti deyil. Erməni faşistləri işğal dövründə Qarabağda məqsədli şəkildə bütün tarixi abidələrimizi məhv edib, maddi mədəniyyət nümunələrimizi talayıb, hətta qəbirləri söküb, sümükləri belə daşıyıb aparıblar. Prezident İlham Əliyevin söylədiyi kimi, "onlar bunu bilərəkdən, Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə ediblər". Bütün beynəlxalq hüququ ayaqlar altına atan ermənilər istər müharibə, istərsə də atəşkəs dövründə ağlasıqmayan vəhşiliklər törədiblər. Bununla bərabər Azərbaycan tərəfin atdığı humanitar addımlara heç də odekvat cavab verilməyib. Prezident İlham Əliyev qeyd etmişdi ki, ikinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyimiz ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu bizim tərəfimizdən tapılıb və biz onların hamısını qaytarmışıq: "Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə. Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə biz tələb edirik və yeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir". Çox təssüf ki, Ermənistan Azərbaycanın kütləvi məzarlıqlarla bağlı çağırışına hələ də müsbət vavab verməyib. Məlumat üçün qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb. Birinci Qarabağ müharibəsi zamanı Edilli kəndində ermənilər tərəfindən girovluqda saxlanılan şəxslərin həmin məzarlıqda dəfn olunduğu bildirilir. Kütləvi məzarlıq Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı ifadə və materiallar əsasında müəyyən edilib. İşçi qrupundan bildirilib ki, araşdırmalar zaman məlum olub ki, işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqlar mövcuddur.

Fakt ondan ibarətdir ki, kütləvi şəkildə qətlə yetirilən azərbaycanlılar elə kütləvi məzarlıqlarda basdırılıb və izlər itirilib. Ümumiyyətlə, Birinci Qarabağ müharibəsində 4 000 azərbaycanlı itkin düşüb və ermənilər hələ də onlar haqqında məlumat verməkdən imtina edir. Halbuki, bu, ermənilərin hüquqi öhdəliyidir. Məlumdur ki, ötən il dekabrın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanl birgə görüşü keçirilib. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib. Eyni zamanda, Şarl Mişelin adından yayılan bəyanatda daha bir mühüm məqam o oldu ki, ilk dəfə olaraq Avropa İttifaqının gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bunun ardınca cari il fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə prezident İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. Müzakirələr zamanı prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət ayırıb. Dövlət  başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabardıb. Erməni tərəfi həmin şəxslərlə bağlı müvafiq məlumatların təqdim ediləcəyini bildirsə də, hələ də buna əməl etmir.

Ümumiyyətlə, Birinci Qarabağ müharibəsində ermənilər ən ağlagəlməz üsullarla günahsız insanlara işgəncələr veriblər. Məsələn, əsir, girov götürülən mülki şəxslərin qarın nahiyələrini kəsib içərisinə daş-çınqıl doldurublar. Sonradan meyitləri yığıb üzərinə benzin tökərək yandırlblar. Baş dərisinin soyulması, gözlərin çıxarılması, insanların hərbi texnikanın tırtılları altında əzilməsi, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, erməni qəbrinin üstündə azərbaycanlının başının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa fərq qoymadan hamıya işgəncə verilməsi, qadınların döşlərinin kəsilməsi və digər insanlığa zidd, vəhşi üsullarla cinayətlərin törədilməsi ermənilər üçün adi hal olub. Ermənistan tərəfi əsir-girovlarla barbar kimi davranıb. Əsir və girovların nümayişkaranə şəkildə alçaldılması və təhqir edilməsi, təhqiredici vəziyyətə salınaraq yaşayış məntəqələrində gəzdirilməsi təcrübəsindən geniş istifadə olunub. 

Ermənilər təkcə mülki şəxslərə qarşı deyil, eləcə də bütün maddi-mədəni irsi yer üzündən silmək vəzifəsini qarşılarına qoymuşdular. Rəsmi məlumata görə, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Təxminən 30 illik işğal dövründə ermənilər işğal altında olan ərazilərdə Azərbaycan xalqının irsini, İslam mədəniyyətinin izlərini silməyə çalışıblar. İnsanlıq simasını itirən bu vəhşilər xalqımıza məxsus məscidlərdə ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Bu ərazilərdə 100 000-dən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı məhv edilib. İşğal dövründə barbar ermənilər Şuşada Vaqifin məqbərəsini, Bülbülün ev muzeyini, Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbəni də tamamilə məhv ediblər. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri də dağıntılara məruz qoyulub, İbrahimxəlil xanın türbəsi isə tamamilə yerlə yeksan edilib. Kəlbəcər rayonunda yerləşən XIII əsrə aid Xudavəng monastırının mədəniyyət nümunələri və qədim əlyazmalar, habelə Ağdam rayonunun Şahbulaq qalası yaxınlığında qanunsuz arxeoloji qazıntılar zamanı tapılan qiymətli mədəniyyət nümunələri Ermənistana qanunsuz olaraq daşınıb. Bununla yanaşı, Xocavənd rayonunun Azıx kəndindəki Azıx mağarasında qanunsuz qazıntılar aparılıb. Ümumiyyətlə, Ermənistan tərəfindən müharibə qaydalarına zidd olaraq mülki əhali qorunmayıb, əksinə, onlar girov götürülüb və bir çox hallarda öldürülüb. Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra onlar öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə meyitləri belə Azərbaycan tərəfinə təqdim edilməyib. Ermənilər bununla da itkin düşmüş vətəndaşlarımızın işgəncəyə məruz qalmamaq, qanun qarşısında şəxsiyyət kimi tanınmaq, azadlıq, toxunulmazlıq və yaşamaq hüququnu pozublar.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31