Medvedev NATO-ya qoşulmaq istəyən ölkələri "düşmən" adlandırdı - "Baltikyanı regionda hərəkətə keçəcəyik"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Skandinaviya ölkələrinin son addımı ilə bağlı açıqlama verib.

O, sözügedən ölkələrin NATO-ya qoşulmasının Rusiya üçün böyük fərq yaratmayacağını deyib: "Sadəcə olaraq, bir neçə düşmən əlavə olunacaq".

Medvedev, həmçinin bəyan edib ki, İsveç və Finlandiya NATO-ya üzv olarsa, Rusiya Baltikyanı regionda hərəkətə keçəcək.

Xatırladaq ki, Rusiyanın bütün xəbərdarlıqlarına baxmayaraq, Finlandiyanın baş naziri Sanna Marin və İsveçin baş naziri Maqdalena Andersson Stokholmda görüşərək NATO-ya üzvlük məsələsini müzakirə ediblər. Liderlər ikitərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında açıqlama veriblər. Marin bildirib ki, yaxın həftələrdə Finlandiyanın NATO-ya üzv olub-olmayacağına qərar veriləcək.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31