“Azərbaycan öz qüdrəti hesabına yeni reallıqlar formalaşdırdı”- İlyas Hüseynov

Olaylar.az-a açıqlama verən politoloq  İlyas Hüseynov bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə aprel ayının 12-də birinci rübünün yekunlarına dair keçirilmiş müşavirədə xüsusi mesajlar verildi. Eyni zamanda gələcək planlar haqqında fikir mübadiləsi aparıldı. Nəzərə almaq lazımdır ki, postmüharibə dövründə Azərbaycan diplomatiyası əsasən yeni reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirib. Bu xüsusda Azərbaycan -BMT əməkdaşlığının 30 illiyi münasibətilə işğaldan azad olunmuş Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən tədbir  mühüm əhəmiyyət kəsb edir. Bu beynəlxalq təşkilatların da yeni reallıqlar şəraitində Azərbaycana olan münasibətinin bir göstəricisi kimi qiymətləndirilə bilər:

" Azərbaycan həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində münasibətləri daha dərinləşdirmiş və bu xüsusda İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi 4 qətnamə Azərbaycanın maraqları kontekstində qəbul edilmişdir.  Prezident müşavirədə ATƏT-in Minsk Qrupu formatında baş verən proseslərə də xüsusi diqqət ayırıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində keçirilən danışıqlar heç bir nəticə vermədi. Yalnız danışıqlar naminə müzakirələr imitasiya xarakteri daşıyan təmaslar həyata keçirilirdi.  Azərbaycan öz gücü, qüdrəti hesabına yeni reallıqlar formalaşdırdı. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Yeni reallıqlarda təbii ki, beynəlxalq çağırışlara uyğun olaraq, Azərbaycan ATƏT-in Minsk Qrupu çərçivəsində keçirilən danışıqlara ümid bəsləmir. Çünki, bu danışıqlar mahiyyətdən uzaq, heç bir nəticəyə  hesablanmayan danışıqlar formatıdır.  Buna rəğmən Avropa İttifaqı çərçivəsində keçirilən görüşlər öz effektivliyi ilə seçilir və əsasən məqsədə çatmaq üçün bu formatda keçirilən danışıqlar  öz bəhrəsini verir. 2021-ci ilin 14 dekabr tarixində keçirilən görüşdə də mühüm siyasi nəticələr əldə olunmuşdu. Cari ilin 6 aprel tarixində Avropanın siyasi paytaxtında keçirilən görüşlərdə bir sıra mühüm nəticələr əldə olundu.  İlk növbədə Azərbaycan -Ermənistan sərhədlərarası komissiyasının çağırılması və onun mandatına uyğun olaraq təhlükəsizlik zəmanətləri ilə bağlı razılıq əldə olundu. Həmçinin, Xarici İşlər nazirliklərinə tapşırıldı ki, sülh müqaviləsi işlənib hazırlansın. Artıq Brüssel görüşünün nəticələri kimi Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Bu telefon danışığı  Brüssel formatında keçirilən görüşün nəticələri və artıq məsələlərin praktiki fazaya keçdiyinin göstəricisidir.  Bu onu göstərir ki, məhz Brüssel formatı, eləcə də, Şarl Mişelin moderatorluğu ilə keçirilən danışıqlar səmərəlidir.  Regionun inkişafına xidmət edir.  . Müşavirədə gələcək məsələlər haqqında da müzakirələr aparıldı. Burada ərzaq təhlükəsizliyi, iqtisadi dayanıqlığın artırılması və xalqın rifah səviyyəsi prioritet məsələlər kimi xüsusi olaraq diqqətə çatdırıldı"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31