Elman Rüstəmov Baş nazirin müşaviri təyin edildi

Elman Rüstəmov Baş nazir Əli Əsədovun müşaviri təyin olunub. "Olaylar" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Qeyd edək ki, ötən gün Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilib. Bununla da baş bankir 27 illik vəzifəsindən ayrılmalı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31