Paşinyan Qarabağ müharibəsində Ermənistanın itkilərini etiraf etdi

2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən 3 825 nəfər həlak olub. Bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı etiraf edib."Bugünkü gün üçün müharibədə həlak olanların sayı 3 825 nəfər təşkil edib", - baş nazir deyib.

N.Paşinyan həmçinin çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan qısa müddətdə ərzində sülh sazişini imzalamalıdır.

Qeyd edək ki, hərbi ekspertlər və mətbuat Ermənistanın İkinci Qarabağ müharibəsində itkilərinin daha çox olduğunu bildirirlər.
trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31