Kamran Əliyev Özbəkistana gedib
13 Aprel 2022 10:31 SiyasətAzərbaycan və Özbəkistan prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti özbəkistanlı həmkarı Niqmatilla Yuldaşevin dəvəti ilə Daşkəndə rəsmi səfər edib. Bu barədə "Olaylar"a Baş Prokurorluğun mətvbuat xidmətindən bildirilib. Xəbərə görə, səfər çərçivəsində cinayətkarlığa qarşı mübarizədə birgə fəaliyyətin daha da gücləndirilməsi məqsədilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31