Pakistanda iqtidar dəyişikliyi dövlətin siyasi istiqamətinə təsir edəcəkmi?- AÇIQLAMA

"Ümumiyyətlə, İran və Mərkəzi Asiyadan sonra bütün Şərqdə hakimiyyət anlayışı orta əsrlər təfəkkürünü keçib. Bu ölkələrdə, hakimiyyət anlayışı müasir dövlət mexnaziminə Qərb qədər olmasa da, hakimiyyətin dövlətdən aşağı anlayış olduğunu dərk edəcək qədər inkişaf edib. Yəni, Çində hakimiyyət dəyişə bilər, iqtisadi idarəetmə forması yenilənə bilər, ancaq baş verən bütün yeniliklər Çinin ümumi dövlət maraqlarını nəinki zədələməz, əksinə inkişafına səbəb olacaq istiqamətdə yön alar. Ji gedər, Li gələr, Çin inkişafı düşünər".
Olaylar.az xəbər verir ki, bu sözləri siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı Pakistanda iqtidar dəyişikliyinin dövlətin siyasi istiqamətinə təsirini şərh edərkən deyib.
"Pakistan üçün də eynisi keçərlidir. Pakistan dövlətçiliyi ingilis ənənələri üzərində qurulub. Ona görə də, dövlətçilik həmişə iktidarçılıq və şəxsçilikdən bir addım öndədir. 
İmran xan gedər, Simran xan gələr, Pakistan daha da güclənər. 
Niyə bilirsiniz? 
Çünki iqtidar dəyişikliyi xüsusi devrimlə, xalq kütlələrinin dağıdıcı etirazları ilə deyil, azad institutların və azad dövlət təşkilatlarının sağlam qərarları ilə baş tutur. Dediyim kimi, bu azadlıqda İmran xan doğru qərarlar verənə qədər gərəkli, yanlışlara yol verdiyi zaman isə, gərəksiz olur və onun şəxsinin mahiyyəti iqtidarı əlində saxlamağa yetərli olmur. 
Məsələn, İmran xan dəfələrlə Qarabağ müharibəsində və Türkiyəyə qarşı ciddi təzyiqlər olduğu zaman sərt dillə Azərbaycan və Türkiyəyə birmənalı dəstək vermişdi. Xanın bu hərəkəti o zaman da Qərbin maraqlarına zidd idi. Ancaq onu devirmək üçün Pakistandaki insitutlar, partiayalar və ya ayrı-ayrı dövlət orqanları cüzi bir addım belə atmamışdı. Çünki Qərbə qarşı belə olsa, İmran xanın Azərbaycana və Türkiyəyə dəstəyi birbaşa Pakistanın dövlət maraqlarını təmin edirdi...
Ancaq Ukraynaya təcavüzü sırasında Rusiyaya dəstək verməsə belə, onun çöküşünə əngəl olmaq siyasəti İmran xanın sonunu hazırladı... 
Yenə deyirəm, burada Qərb izi axtarmaq nafilədir. Qərbin təsiri əlbəttə var, ancaq bu təsir İmran xanı məhv etmək üçün yetərli olsaydı, Qarabağ müharibəsində özünü göstərərdi. 
İmran xanın Rusiya meyilli siyasəti Pakistanın dövlət maraqları ilə tərs mütanasib idi. Pakistan özünü imperializmlə mübarizə aparan ölkə olaraq tanıdıb. Özünü Çin, İran, Hindistan kimi qəddar imperialist ölkələr arasında qorumaq üçün məhz "imperializmlə mübarizə" adı altında tərəfdaşlar tapıb. Əfqanıstanda söz sahibi ölkəyə çevrilib və bunu özünün "hər cür təcavüz və insan haqlarına zidd addımlara qarşı olmaq" imicinə borcludur. 
Ancaq Xan heç kimin gözləmədiyi anda Rusiyanın təcavüzkar siyasətini qınamamaqla qalmayıb, ikili əlaqələri inkişaf etdirmək siyasətinə başladI:
.Kiminlə? - Rusiya ilə, 
Rusiya kimdir? - Təcavüzkar ölkə.
Pakistan kimdir? - Hər cür təcavüz və insan haqlarına zidd addımlara qarşı olan" ölkə...
Bəli, xanı sevirik, çünki o da bizi sevirdi...
Amma xan çox böyük səhvə yol verdi və cəzasını haqlı olaraq aldı..
Bu məqamda ən yaxşı yol, Xanın ölkəni xaraba qoymaqdan imtina edib siyasi karyerasını bitirməsidir. Xan böyük siyasətdə böyük səhv etdi və böyük qurbana çevrildi... 
Başlıqdakı suala gəlincə, əlbəttə xeyr. Pakistanın dövlət maraqları bundan əvvəlki bütün fəlakətli iqtidar dəyişikliklərində də qorunub, bu gün də qorunur və sabah da qorunacaq. Çünki sistem şəxslər üzərində qurulmayıb, maraqlar üzərində bərqərar olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31