Ceyhun Bayramov Klaarla danışıqlar apardı

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub.Bu barədə "Olaylar"a XİN-dən məlumat verilib.  Tərəflər Avropa İttifaqı Şurasının Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan görüşün davamı olaraq, bölgədə baş verən son hadisələr, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımların atılması, o cümlədən gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31