Sanksiyalar Abbas Abbasovu da “vurdu” – Mahaçqala Ticarət Limanındakı payını satır
12 Aprel 2022 12:32 SiyasətBaş nazirin keçmiş birinci müavini Аbbas Abbasov biznesinin bir hissəsini satışa çıxarıb.
Olaylar.az-a daxil olan məlumata görə, söhbət onun Dağıstanın paytaxtı Mahaçqala şəhərində yerləşən limandakı payından gedir.
Məlumata görə, Abbasov hələ 2013-cü ildə Mahaçqala Ticarət Limanının bir hissəinin yenidən qurulması üçün xeyli vəsait xərcləmişdi. O vaxt ona limanda pay sahibi olmağa Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipov da yardımçı olmuşdu. Bu razılaşmada Rusiyanın sənaye və ticarət nazirinin müavini Georgi Kalamanovun da iştirakçı olduğu bildirilir.
Razılaşmaya əsasən portda iki yeni terminal da tikilməlidir. Məhz bundan sonra portun yük qəbul etmək gücü ildə daha 1 milyon ton artacaqdı. Abbasov öhdəliiyi yerinə yetirmiş, terminalları tiкib istifadəyə vermişdi.
Sabiq baş nazir müavinin biznesinin satmasını Rusiyaya tətbiq olunan sanksiyalarla əlaqələndirilər. Çünki Rusiya ilə ticarətin kəskin azalacağı sirr deyil.
Gundem.az