Bank sistemində ciddi problemlər var-Deputat

 

Millət vələkili Siyavuş Novruzov Elman Rüstəmova təşəkkür edib. Olaylar xəbər verir ki, bu barədə deputat Milli Məclisinə bu gün keçirilən iclasında Taleh Kazımovun AMB İdarə Heyətinin üzvlüyünə təyin edilməsi haqqında qərarın müzakirəsi zamanı deyib: 
 "Elman Rüstəmov 27 ildir bu vəzifədə çalışıb. Taleh Kazımovun idarə heyətinin üzvü təyin edilməsinə səs verəcəyik, uğurlar arzulayayırıq.
 
Amma bank sistemində ciddi problemlər var. Artıq insanlar bankdan yox, deputatdan kredit istəyirlər. Prezident İlham Əliyevin apardığı uğurlu maliyyə siyasətinə baxmayaraq, ölkəmizdə vətəndaşlara verilən kredit faizləri digər ölkələrdən yüksəkdir. Bu faizlər heç olmasa birrəqəmli faizlərə salınsın. Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Lakin bu valyuta ehtiyatlarının müəyyən hissəsindən vətəndaşlara əlçatanlığı təmin edilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31