Deputat xaricdəki soydaşlarımızın təhsil problemindən danışdı
12 Aprel 2022 11:30 Siyasət"Xarici ölkələrdə yaşayan azərbaycanlıların sənəd məsələsində problem var". Olaylar xəbər verir ki, bunu Milli Məclisinə deputatı Sabir Rüstəmxanlı deyib.
Deputat qeyd edib ki, sərhədlərdə Azərbaycana qayıtmaq istəyən insanlar çətinliklə qarşılaşırlar:
"Onlar bizim insanımızdır. Niyə qayğı göstərmirik? Başqa ölkələr müharibədə, xaricdə qalan bir vətəndaşı üçün belə adam göndərir. Xaricdə yaşayan soydaşlarımızın problemlərinə diqqət göstərməliyik".
Deputat xarici ölkələrdə yaşayan azərbaycanlıların ölkəmizdə təhsil almasına şərait yaradılmasını təklif edib: "Mən təklif edirəm ki, Azərbaycanda Dünya Azərbaycanlıları və Güney Azərbaycanlılar universiteti yaradılsın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31