Şuşada hər ay komitə iclasları keçiriləcək
12 Aprel 2022 11:15 SiyasətApreldən başlayaraq hər ay komitə iclaslarının biri Şuşada keçiriləcək".
Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında sədr Sahibə Qafarova deyib.
Spiker bildirib ki, Şuşada keçirilən ilk iclas aprelin 8-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası oldu: "Azərbaycanın parlamentarizm tarixində həmişəlik qalacaq bu hadisə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yaratdığı reallığın təzahürüdür. Şuşada keçiriləcək komitə iclaslarının qrafiki şərtlərə təqdim olunub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31