Milli Məclisin iclası başladı
12 Aprel 2022 11:14 SiyasətMilli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
Olaylar xəbər verir ki, deputatlar bu gün 6 məsələnin müzakirəsi üçün toplaşıblar. Plenar iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
2. Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
3. "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin təliminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
4. "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
5. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).