Xarici işlər naziri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub

11 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub.

Olaylar.az bildirir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə, humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31