İmran Xan Nazirlər Kabinetini istefaya göndərdi
3 Aprel 2022 19:05 SiyasətPakistanın baş naziri İmran Xan Nazirlər Kabinetini istefaya göndərib.
Azpost.info bildirir ki, bu barədə İnformasiya və yayım üzrə dövlət naziri Fərrux Həbib bildirib.
"Baş nazir Konstitusiyanın 224-cü maddəsinə uyğun olaraq öz vəzifələrini yerinə yetirməyə davam edəcək. Nazirlər Kabineti buraxılıb", - deyə nazir Twitter-də yazıb.
Qeyd edək ki, bazar günü İmran Xan parlamenti buraxmaq üçün prezidentə müraciət edib.
Parlamentin bugünkü iclasına sədrlik edən Milli Assambleyanın vitse-spikeri Qasim Surinin baş nazir İmran Xana etimadsızlıq səsverməsini rədd edərək bunu konstitusiyanın 5-ci maddəsinə zidd adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31