Parlament nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfirliyində olub

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Özbəkistana rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub. 

Olaylar xəbər verir ki, Spiker Sahibə Qafarova və deputatlarımız səfirlikdə Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi düzüblər.

Sonra ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev nümayəndə heyətinin üzvlərinə burada səfirliyin əməkdaşları və fəaliyyəti üçün yaradılmış şərait haqqında məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31