Ombudsman Vətən müharibəsi şəhidi Elvin Məlikovun ailəsini ziyarət edib
28 Mart 2022 12:43 SiyasətAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsi şəhidi Elvin Məlikovun ailəsinə baş çəkib. "Olaylar" xəbər verir ki, şəhidin doğum günü ərəfəsində ailəni ziyarət edən Ombudsman torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gənclərinin böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb. Görüş zamanı Ombudsman ailənin qayğıları ilə maraqlanıb. Şəhidin ailə üzvləri üçün psixoloji dəstək xidmətinin təşkili barədə müzakirə aparılıb. Qeyd edək ki, Vətən müharibəsində şəhid olmuş Elvin Məlikov "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31