Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb - Müdafiə Nazirliyi
27 Mart 2022 22:59 SiyasətAzərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin bazar günü yaydığı açıqlamada vurğulanır.
Qeyd olunur ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil.
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi təəssüflə bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyildir.
Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb", - açıqlamada bildirilir.