Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiq etdi- Yeniləndi

Konstitusiya Məhkəməsi Plenumunun Milli Məclisə fevralın 9-da keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair xüsusi konstitusiya icraatı üzrə iclası müşavirədən sonra öz işini davam etdirib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev plenumun qəbul etdiyi qərarı oxuyub.

Qərara əsasən, Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, MSK-nın təqdim etdiyi 121 seçki dairəsində səsvermənin nəticələrinin baş tutmasına dair protokollar təsdiq olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31