Azərbaycanın koronavirusa qarşı apardığı tədbirlər yüksək qiymətləndirilir -Təhlil

Azərbaycanın koronavirusa qarşı apardığı tədbirlər yüksək qiymətləndirilir-Təhlil

Çindən başlayaraq demək olar ki, bütün dünyaya yayılan təhlükəli korona virisu Azərbaycana da yaxınlaşıb. Artıq cənub qonşumuz olan İran İslam Respublikasında da virus geniş şəkildə yayılmağa başlayıb. Təhlükənin bir addımlığımızda olduğunu nəzərə alaraq artıq bir müddətdir ki, Azərbaycan hökuməti korona virusuna qarşı mübarizə tədbirlərinə start verib. Kifayət qədər koordinasiya edilmiş və planlı şəkildə həyata keçirilıən bu tədbirlər bütün ölkə böyunu əhatə edir desək yanılmarıq. Təhlükəsizlik tədbirlərinin ölkə boyunca hıəyata keçirilməsi heç də virusun Azərbaycanda yayılması anlamını vermir. Sadəcə həm cənub qonşumuz İranda bi virusun yayılması, həm də bu ölkə ilə davamlı gediş-gəliş müəyyən qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan dövləti sözügedən virusun cənub qonşumuzda yayılması xəbərləri gündəmə gəlmədən və İranda belə bir halın mövcudluğu barədə informasiya dövriyyəyə gəlmədən öncə korona virusuna qarşı mübarizə tədbirlərinə start vermişdi. Hələ Çində koronavirusun yayılması xəbəri gündəmə gələn ilk günlərdən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu barədə müvafiq sərəncam imzalamış və tədbirlər planı müəyyən edilmişdi. İranda bu təhlükə artdıqdan sonra isə Azərbaycan hökumətinin korona virusuna qarşı mübarizə tədbirləri daha da intensivləşdi. Belə ki, Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı, bütün aidiyyati qurumlar korrdinasiyalı şəkildə fəaliyyət göstərməyə başladılar.

Azərbaycanda baş verən hər bir müsbət tendensiya, görülən işlər və həyata keçirilən tədbirlər ayrı-ayrı beynəlxalq təşkilatlar, dümya dövlətləri tərəfindən yüksək dəyərlidirildiyi kimi, rəsmi Bakının korona virusuna qarşı apardığı mübarizə tədbirləri də müsbət mənada təqdir edilir, yaxşı qiymətləndirilir.  Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancının İctimai Televiziyaya müsahibəsindən də aydın görmək mümkündür.  Hande Harmancının dediklərindən aydın olur ki, Azərbaycan hökuməti nəinki koronavirusa qarşı səmərəli fəaliyyət göstərir, eyni zamanda müvafiq beynəlxalq təşkilatlar, xüsusilə də Ümumdünya Səhiyyə Təşkilatı ilə bu sahədə əlaqəli şəkildə işləməyə üstünlük verir. Təşkilatın Azərbaycan nümayəndəsinin rəhbərinin dediyi kimi Azərbaycanın aidiyyəti orqanları çox şəffaf, açıq fəaliyyət göstərirlər. Eyni zamanda Azərbaycan hökuməti ölkədə koronavirusa ilk yoluxma halı müəyyənləşən kimi Ümumdünya Səhiyyə Təşkilatına müvafiq məlumat verməklə düzgün addım atıb.

Ölkədə koronavirusa qarşı aparılan mübarizənin effektli olmasını şərtləndirən digər vacib amil yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycanın aidiyyəti orqanları, o cümlədən Səhiyyə Nazirliyi və TƏBİB çox şəffaf və açıq fəaliyyət göstərmələri, kordinasiyalı şəkildə işin qurulmasıdır. Müntəzəm olaraq Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın ictimaiyyəti mövcud vəziyyət barədə məlumatlandırması da müsbət qiymətləndirilən məqamlardandır. İctimaiyyətin operativ qərargah tərəfindən müntəzəm şəkildə ölkədə mövcud vəziyyət barədə məlumatlandırılması bir tərəfdən Azərbaycan hökumətinin sistemli şəkildə işləməsi və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi çalışmasının göstəricisidirsə, digər tərəfdən əhalinin panikaya düşməsinin qarşısının alınması, cəmiyyətin yalan, həqiqətə uyğun olmayan informasiyalardan uzaq tutulması deməkdir. Məhz sözügedən qərargahın mövcud vəziyyətlə bağlı müntəzəm olaraq məlumatlar, xəbərlər yaymasının nıəticəsidir ki, Azərbaycan cəmiyyətində koronavirusla bağlı heç bir ajiotaj yaşanmır.

Bütün bunlara rəğmən Azərbaycan  hökuməti korona virusuna qarşı ciddi tədbirlərini davam etdirir.  Ölkə üzrə bütün amumtəhsil müəssisələri və ali məktəblərdə dərslərin müvəqqəti bağlanması, həyata keçirilən dezinfeksiya işləri, əhali arasında aparılan maarifləndirici tədbirlər bunların sırasında yer alır.  Xüsusilıə sərhəd bölgələrinə tibbi heyətlərin göndərilməsi, orada mobil laboratoriyaların qurululması, tibb işçilərinin prosesə ciddi şəkildə cəlb olunması, cənub qonşumuzda virusun geniş yayılmasından dolayı İranla olan sərhəd bölgəsində ciddi nəzarət tədbirləri həyata keçirilməsi görülən məqsədyönlü işlərdəndir.

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31