İlham Əliyevin təxirəsalınmaz səfərləri xalqımıza sosial bir mesajdır” – Şərh

İlham Əliyevin təxirəsalınmaz səfərləri xalqımıza sosial bir mesajdır” – Şərh

"Ölkəmizdə səhiyyə sahəsində ciddi addımlar atılmaqdadır. Yeni səhiyyə ocaqları yaradılır, beynəlxalq standartlara cavab verən avandanlıqlar gətirilir, peşəkar kadrlar hazırlanır. Son 16 ilin göstəricilərinə əsasən demək olarki, ölkəmizin regionlarında 700-ə yaxın tibb məntəqəsi tikilib və yenidənqurma işləri saysində istifadəyə verilmişdir. İlin başlanğıcından dünyada aktual proseslərdən olan Karona virusu qonşu ölkələrdə öz aktuallığını göstərir. Lakin ölkəmiz daxilində aparılan xüsusi nəzarət, tibbi təmizləmə, dizinfeksiya məsələləri virusun ölkəmizdən yan keçəcəcəyindən xəbər verir".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.

O bildirib ki, bəzi dövlətlərdə liderlərin səfərlərinin, bizim ölkədə kütləvi tədbirlərin həyata keçirilməsinin dayandırlmasına baxamayaraq, cənab prezident İlham Əliyev regionlara aid edilmiş səfərini təxirə salmamışdır: "Bu dünyaya eləcə də, xalqımıza sosial bir mesajdır. Xalqımızın bu məsələ ilə bağlı heç bir narahatçılığı olmamalıdır. Lakin səhiyyə elanlarına, bildirişlərinə ciddi şəkildə əməl edilməlidir. Aparılan araşdırmalara əsasən daxildə bu virusa yoluxma halı mövcud deyildir. Səhiyyə ocaqlarına ciddi hərarət və xəstəliklə bağlı müraciət edən şəxslərdən kritik vəziyyəti olan şəxslər bir müddət karantində saxlanıla bilər ki, buda öz növbəsində dövlətdə altual mövqeyə çatmamasına dəlalət edir. Karantinə alınan şəxslərə xüsusilə virus yayılan ölkələrdə fəaliyyət göstərən insanlar aid edilir".

Ekspert qeyd edib ki, ölkə prezidenti ötən gün səfər etdiyi rayonlarda biri olan Goranboy rayonunda xəstəxananın açılışanda söylədiyi nitqdə vətəndaşlar üçün yeni iş yerlərinin açılması, yeni imkanların yaradılacağı, regionlarda inkişafla bağlı xüsusi fikirlər də qeyd etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31