Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış oldu.

Sonra Prezident İlham Əliyev bu tibb ocağının kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31