Prezident İlham Əliyev bu məntəqələrin qazlaşdırılması üçün 9 milyon manat ayrdı
Prezident İlham Əliyev bu məntəqələrin qazlaşdırılması üçün 9 milyon manat ayrdı
2 Mart 2020 16:39 SiyasətPrezident İlham Əliyev Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 9,0 (doqquz) milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".