"Putin anlayır ki, Ərdoğansız..." – Ukraynalı ekspert
2 Mart 2020 15:03 Siyasətİnformasiya müharibələri bu gün çox populyardır və tez-tez istifadə edilir. Buna nümunə Rusiya mediasının son günlər Türkiyə və Ərdoğana qarşı apardığı informasiya siyasətidir. Rusiya siyasi elitasının fikrincə, Ərdoğana bu təzyiq ona Rusiya xalqının Türkiyəyə qarşı olmasını, yalnız Putinin öz iradəsi ilə bunu dəyişdirə biləcəyini göstərmək üçündür. Məqsəd ikitərəfli görüşdə Putinin mövqelərini gücləndirməkdir.
Bu sözləri Axar.az-a açıqlamasında ukraynalı politoloq Aleksandr Oxrimenko deyib.
"Putin anlayır ki, Ərdoğanın yardımı olmadan Suriyada qalib gələ bilməyəcək. Əgər o, indi Ərdoğanla kompromis tapmasa, Əsədin Rusiyadan olan kuratorunun ABŞ-la əvəzlənməsi istisna deyil. Rusiya o zaman Suriyada öz məğlubiyyətini etiraf etməli olacaq. Buna Putin icazə verə bilməz. Putin həmçinin Əsədin Türkiyədən vassal asılılığını qəbul etməyə izn verməz. Çünki bu, Putin üçün məğlubiyyət anlamına gələcək. Putinə Suriyada qələbə lazımdır, onu isə Türkiyə olmadan qazanmaq çox çətindir", - deyə o bildirib.
Politoloqun sözlərinə görə, Putinlə Ərdoğan güclü liderlərdir və onlar üçün istənilən kompromis heç də asan qərar deyil.