ŞOK XƏRİTƏ yayımlandı: Azərbaycan və Türkiyə...
2 Mart 2020 10:54 SiyasətFransanın "La Terre du Futur" saytında yayımlanan "Pangea" (bütün torpaq) araşdırmasında 300 milyon il əvvəl dünyanın necə göründüyü təsvir edilib.
Bakupost.az xəbər verir ki, dördüncü və son "super qitə" olaraq bilinən Pangea dövrü Maleozoy və Mezozoy dövrünə təsadüf edir. Mezozoy dövrü başlayanda indiki qitələrin demək olar ki, hamısı nəhəng bir torpaq kütləsi idi və Pangea adı altında birləşmişdi.
175 milyon il əvvəl yer üzündəki qitələrin parçalanmağa başladığını göstərən xəritədə okeanların əvəzinə dayaz dənizlər var. Təbii ki, heç bir beynəlxalq sərhəd də mövcud deyil.
Xəritədə Aralıq dənizi ilə əlaqəsi olmadığı halda iqlimi və mədəni oxşarlıqlarına görə Aralıq dənizi ölkəsi kimi tanınan Portuqaliya və Qrenlandiyanın qonşu olduqları görünür.
Hindistan isə bu günün tropik iqlimin hökm sürdüyü Madaqaskar ilə dünyanın ən soyuq qitəsi olan Antarktida arasındadır.
Pangeadakı ən maraqlı ölkələrdən biri də Türkiyədir. O vaxtkı xəritədə Türkiyənin üç tərəfi dənizlərlə əhatələnməyib, körpü rolunu oynamır və okean ölkəsidir.
Azərbaycanın bu xəritədə hələ ki, Türkiyə ilə uzaq olduğu görünür. Gürcüstan, Rusiya və İranın bir hissəsi ilə isə sərhədi mövcud olub.
Elm insanları qitələrin hələ də hərəkətdə olduğunu və dəyişdiyini bildiriblər.
Çox sayda elm adamı Avstraliya Asiyaya doğru yaxınlaşdığını və Afrikanın şərq hissəsinin qitənin qalan hissəsindən ayrılmağa başladığını iddia edirlər.