Türkiyə-Rusiya anlaşması pozulmuş oldu
Türkiyə-Rusiya anlaşması pozulmuş oldu
28 Fevral 2020 13:30 Siyasət"Suriyada Türkiyə-Rusiya ortaq strateji əməkdaşlığı taktiki idi. İki ölkə arasında Astana və Soçi razılaşması Moskva tərəfindən pozulmuş oldu". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, Rusiya ABŞ -Türkiyə əlaqələrinin pozulması üçün bu günə kimi kifayət qədər çalışdı: "Sonunda meydanda Ankaranı tək buraxaraq Suriyadan çıxarmaq planını reallaşdırmaq üçün xeyli işlər gördü. Və İdlibdə bunu reallaşdırmağa çalışır. Qeyd edim ki, ABŞ və və İsrail yalnız Əsədə zərbələr endirməklə Türkiyəni bu meydanda tək buraxmayacaq. Artıq, Türkiyə əvvəlki siyasətinə qayətmaq kursunu götürərək ənənəvi müttəfiqlərinə geri dönəcək". Məhəmməd Əsədullazadə qeyd edib ki, tarix boyu Rusiya-Türkiyə strateji ortaqlaqlığı mümkün olmayıb və baş verənlər bunun bariz nümunəsidir: "Çünki, Rusiya Türkiyəni öz imperiya maraqlarına və geosiyasətinə təhdid görür. İki ölkə Qara dənizdə, Cənubi Qafqazda və Yaxın və Orta Şərqdə rəqibdirlər". Politoloq deyib ki, bundan sonra Ankara Rusiya ilə iqtisadi və enerji əlaqələrini zəiflədəcək və Moskvadan asılılığı qaldırmağa çalışacaq: "Bu müddət ərzində prezident R.T.Ərdoğan kifayət qədər Türkiyəni Rusiyaya yaxınlaşırdı. Amma, Rusiya Türkiyənin Liviyada və Suriyada heç bir maraqlarını və təhlükəsizliyini nəzərə almadı. Ankara baş verənlərdən nəticə çıxaracaq. Rusiyanın bu siyasətini Suriyada cavabsız qoymayacaq. Rusiya düşünür ki, Türkiyə bu hücumlar qarşısında geri çəkiləcək. Amma, Türkiyə daha da irəli gedərək öz üstünlüyünü qoruyacaq".