SON DƏQİQƏ: NATO Türkiyəyə görə TƏCİLİ TOPLANIR

NATO bu gün fövqəladə iclas keçirəcək.

Publika.az xəbər verir ki, qurumdan verilən açıqlamaya əsasən, baş katib Yens Stoltenberq NATO-nun Türkiyənin 4-cü maddə çərçivəsində tələbi ilə toplaşacağı barədə məlumat verib.

İclasda 29 ölkənin daimi nümayəndələri iştirak edəcək.

Vaşinqton anlaşmasının 4-cü maddəsi bir ölkənin ərazi bütövlüyünün siyasi təhlükə altında olması vəziyyətində həmin aktora quruma üzv ölkələri məsləhət iclasına çağırmaq hüququ verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31