Prezident 3 generalla bağlı - Sərəncam imzaladı
27 Fevral 2020 15:12 SiyasətPrezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər:
Cəbrayılov Asif Mikayıl oğlu - general-leytenant
Xəlilov Əsgər Sabir oğlu - general-leytenant
Tağı-zadə Fərhad Sabir oğlu - general-leytenant.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31