Ermənilərin Xocalı genosidi barədə yeni nağılları...

Aydın Quliyev

Baki-Xeber Qezetinin  baş  redaktoru

Bir məsələ haqda neçə yalan uydurmaq olar?! Xocalı hadisələrinin həqiqətdə genosid olduğuna dair fikirlər dünyada sürətlə hamının qəbul etdiyi rəyə çevrilməkdədir.Bu təbii ki,erməniləri narahat edir.Cürbəcür yalanlar və bir -birini inkar edən ziddiyyətli mətləblər ortaya qoyurlar.Bu klassık erməni yalanlarının bir neçəsini yada salaq.
1.Sabiq prezident Sarkisyan 1992-ci ildə Xocalıda quldur erməni dəstələrinin başçısı kimi bu cinayəti törədəndən sonra demişdi-bu vaxta qədər azərbaycanlılar elə bilirdi ki ,biz dinc əhaliyə əl qaldırmarıq,ancaq biz bunu etdik.Cinayətkarın bu fikri bir məşhur ingilis jurnalistinin kitabına da düşüb.Sarkisyan həmin jurnalistə müsahibə verib.Əslində birmənalı etiraf edib ki, Xocalı dəhşətini biz törətmişik.
2.Paşinyan Münhen təhlükəsizlik konfransında dedi ki,Xocalını azərbaycanlılar özləri törədiblər və guya o vaxtkı prezident Mütəllibov bunu özü deyib.Düzdür,o bu yalanına görə elə yerindəcə İlham Əliyevdən sarsıdıcı cavabını aldı.Ancaq yalanlar danışmaqdan qalmadı.
3.Paşinyan Münhen konfransından İrəvana qayıdandan sonra İTV-yə müsahibəsində daha bir yalan uydurdu.Dedi ki,bizlik bir şey yoxdu və Xocalı hadisələrini ruslar törədib.Doğrudur,Rusiya səfirliyindən bu yalan üçün də cavabını aldı.Ancaq başqa yalan danışmayacağına hələlik inandırıcı bir təminat verməyib..
4.Xocalı barədə növbəti yalanı iki gün əvvəl əslində Paşinyan hökumətinin təşkil etdiyi və Xocalı hadisələrinin 28-ci ildönümünə həsr olunmuş konfransda ekspert kimi təqdim olunan Mariya Qriqoryan deyib.Daha doğrusu, dedizdiriblər.Onun sözü-biz Stepanakertdəki 50 min ermənini xilas etmək üçün Xocalını tutduq,biz Xocalını tutmasaydıq,onlar Stepanakerti tutacaqdılar.Mariya davam edir-Stepanakert mühasirədə idi,azərbaycanlılar dinc əhalinin başına bomba yağdırırdılar, yeganə nicatımız Xocalıdakı aeroport idi.
Yalanlara baxın.Stepanakert nə vaxt və necə mühasirəyə salına bilərdi?!Azərbaycanlıların o vaxt hərbi aviasiyasi var idi ki ,ermənilərin başına bomba töksün?!Stepanakert bizim öz torpağımız olduğu və Xankəndi adı ilə tarixi Azərbaycan şəhəri kimi yarandığı halda onun hansı tutulmasından söhbət gedə bilərdi?! Stepanakertin mifik xilas edilməsi hansı məntiqlə Xocalının silahsız sakinlərini qan dəryasında boğmağa əsas verə bilərdi?!
Xocalını qan dəryasında böğdular,özləri isə yalanlar dəryasında boğulur...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31