BDU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı Dövlət Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
26 Fevral 2020 14:49 SiyasətBakı Dövlət Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Olaylar.az bildirir ki, faciə zamanı həlak olanların və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rektor Elçin Babayev Xocalı soyqırımının erməni millətçilərinin xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsindən olduğunu bildirib.
XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının xalqımıza qarşı törədilmiş cinayət olduğunu vurğulayan rektor Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımına siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırıb.
Xocalı hadisələri əsasında hazırlanmış qısametrajlı filmin nümayişindən sonra Mədəniyyət-yaradıcılıq Mərkəzinin təqdimatında ədəbi-bədii kompozisiya təqdim olunub.

.jpg)