Xocalı qətliamının anım günündə yəhudi və müsəlman təşkilatları səylərini birləşdirdi – Nyu Yorkda

Xocalı qətliamının anım günündə yəhudi və müsəlman təşkilatları səylərini birləşdirdi – Nyu Yorkda

Nyu York şəhərində yəhudi və müsəlman təşkilatları olan Amerika Sefard Federasiaysı (ASF) və Müsəlman Amerika Liderlik Alyansı (MALA) birlikdə Yəhudi Tarixi Mərkəzində Xocalı qətliamının qurbanlarının əziz xatirəsinə 28-ci ildönümünə həsr olunmuş anım tədbiri və panel müzakirəsi keçirilmişdir.

Olaylar.az bildirir ki, tədbir ABŞ-ın müxtəlif dini və etnik təşkilatların təmsilçiləri, yerli ictimai fəallar və Azərbaycan və yəhudi icmasının nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi və Diaspora ilə İş üzrə Dövlət Komitəsinin iştirakı ilə baş tutmuşdur.

Tədbiri ASF-nin icraçı direktoru Ceyson Quberman faciə haqqında məlumat verərək Xocalı qətliamının qurbanlarını yad etmiş, şəhid olmuş Xocalı sakinlərinin sayının 613 olduğunu və bu rəqəmin yəhudi dinində müqəddəs məna verdiyini vurğuladı. Dünya Müsəlmanları Liqasının Baş katibi Məhəmməd Əl-İssanın soyqırım ilə bağlı bəyanatına istinad edərək Azərbaycanlılara qarşı bu qətliamın insanlığa qarşı baş vermiş cinayət olduğunu vurğulamışdır. Dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bu faciəni törədənlərə qarşı səyləri artırmağın vacib olduğunu bildirmişdir.

Xocalı qətliamı barədə təfərrüatların təqdim edilməsi üçün Azərbaycan icmasının nümayəndəsi Aqil Hüseynov çıxış etmişdir. A.Hüseynov ümumi olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək Xocalı qətliamınım tariximizin ən faciəvi günlərindən biri olduğunu xatırlatmışdır. Bu xüsusda Ermənistanın keçmiş hərbi və siyasi rəhbərlərinin bu faciədə əsas birbaşa iştirakçı olduqlarını bildirmişdir.

Panel üzrə sual-cavab hissəsində Azərbaycan icmasının fəalları Aqil Hüseynov və İradə Axundova Azərbaycanlıların dialoqa daim açıq olduğunu, lakin erməni tərəfinin həm danışıqlar prosesində, həm də siyasi ritorikada təcavüz dilindən daim istifadə etdiyini bildirmişlər.

Panel üzvləri moderatorun suallarını cavablandırmışlar. Tədbirin sonunda Xocalı qətliamının 28-ci ildönümünə həsr olunan Amerika Sefard Federasiaysı (ASF) və Müsəlman Amerika Liderlik Alyansı (MALA) tərəfindən hazırlanmış xatirə lövhəsi təqdim olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31