Azərbaycan Ordusunda Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycan Ordusunda Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib
26 Fevral 2020 14:28 SiyasətXocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirlər çərçivəsində hərbi qulluqçular Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edib, kitab, foto və rəsm sərgiləri ilə tanış olub, onlara faciəyə həsr olunan ədəbi-bədii kompozisiyalar, bədii və sənədli filmlər nümayiş etdirilib, eləcə də səyyar təşviqat qruplarının cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşləri təşkil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31