Türk Dünyası Azərbaycan üçün oxudu - “Xocalının Fəryadı” - Video

Türk Dünyası Azərbaycan üçün oxudu - “Xocalının Fəryadı” Video

Türk Dünyasının Könül Elçisi olaraq tanınan jurnalist Seyfullah Türksoyun rəhbərliyi ilə Türkiyədə "Xocalının Fəryadı" layihəsi təqdim olunub

Olaylar.az xəbər verir ki, layihə çərçivəsində Xocalı soyqrımının 28-ci ildönümü ilə əlaqədar 20 ölkədən akademiklər, şairlər və sənətçilər Xocalı üçün oxuyub.

Layihə Türkiyədən Azərbaycana, Qazaxıstandan Qırğızıstana, Türkmənelindən Şərqi Türküstana, Borçalıdan Kosovaya qədər bir çox ölkədən tanınmış insanları bir araya gətirib.

Balıqəsr Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə reallaşan layihədə Xocalı soyqırımında baş verən vəhşiliklər bir çox şairin şeirlərində səsləndirilib.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Layihə rəhbəri Seyfullah Türksoy "Əsrin Vəhşəti" adlandırdıqları Xocalı soyqrımına diqqət cəlb etmək üçün bu addımı atdıqlarını bildirib. Layihəyə böyük marağın olduğunu qeyd edən Türksoy 25 ölkədən 50 ziyalının Xocalı şerləri oxuduğunu deyib.

Qeyd edək ki, layihədə aşağıda adları qeyd olunan məşhurlar iştirak edib:

Esat Kabaklı, Əhməd Şəfəq, Cem Uçan, Jalə Əliyeva, Sabir Rüstəmxanlı, Ərşad Salihi, Seyit Tümtürk, Timsal Qarabəkir, Kazım Qaarabəkir, Gülcənnət Ercilasun, Mehmet Sabir Karger, Yahya Akengin, Fərqanə Qasımova, Seadet Buta, Alpaslan Ceylan, Seyfullah Türksoy, Hikmət Ərən, Shurubu Kayhan,  Kürşad Zorlu, Hadi Nəzir, Mehmet Əli Bayar, Arif Bütüç, Burhan Özkoşar, Rafiq Rüstəmov, Gökhan Türkeş Öngel, Tamer Atalay, Ciğatel İsaqızı, Vəli Qaraçaylı, Əhməd Əhmədov, Sarvara Seyfuddinovna, İlhan Aşkın, Azər Zeynalov, Rafiq Qarayev, Yücəl Yılmaz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31