Xocalı əbədi tarix salnaməsidir

"Dünya siyasət pərdəsi ilə çəkilmiş kölgənin altında gizlənir. Lakin tarix həqiqətləri, ədaləti, işgəncələri, zülmü, amansızlığı heç bir zaman unutmur, unutdurmur. 28 ilin unudulmaz həqiqətləri mövcuddur. Azərbaycan xalqı öz keçmişini unutmur. Unutdurmur. Xocalı qan yaddaşıdır,Xocalı əbədi tarix salnaməsidir. 613 qanlı rəqəmi yanlız Xocalının deyil Azərbaycan xalqının unudulmaz tarixidir. Bu dəhşətli fəlakət dünyada heç bir şəxsə aid edilə bilməyəcək amansızlıqdır. Siyasət və idarəetmənin əsası olan beynəlxalq qanunlar, onların prinsipləri bu soyqrımı tanımalıdır".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.

O bildirib ki, soyqrımın nəticələri göz qabağında olmasına, orada minlərlə insanın suverenliyinin, haqqlarının tapdanılmasına baxmayaraq istər beynəlxalq təşkilatlar, istərsə də böyük dövlətlər ədalətli qərar vermirlər: "Doğrudur, daşnaq ermənilərin ölkəmizə təcavüzləri ilə bağlı bir sıra təşkilatlar qətnamələr qəbul edir, bəyanatlarla çıxış edir. Lakin bu dövlətlərin müdafiəsinə, ədalətli qərarların verilməsinə dəlalət etmir. Bu ədalətsiz qərarlar, öz təstiqini tapmayan qətnamələr ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən dəfələrlə müxtəlif tribunalarda dünya mətbuatına çatdırılsa da, hələ də yekdil qərarlar həyata keçirilməmişdir".

Ə. Miriyev qeyd edib ki, ölkəmiz XOCALI ilə bağlı geniş təbliğat, maarifləndirmə xarakterli məsələlər də, həyata keçirir: "Bu məsələ ilə xüsusilə Heydər Əliyev Fondu, onun vitse-prezidenti Leyla xanım Əliyeva dərindən məşğul olur. 2005-ci il tarixindən başlayaraq müxtəlif dillərdə filmlər çəkilir, kitablar yazılıb, xarici dövlətlərdə nümayiş olunur.

XOCALI əbədi olaraq insanların tarixi yaddaşındadır. Yanlız Xocalı deyil, bütün QARABAĞ, işğal altında olan Azərbaycan torpaqları haqqında ədalətli və yekdil qərarlar yanlız insan hüquq və azadlıqlarına dünya perspektivində əsaslı əməl saəsində veriləcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31