Türkiyə XİN Xocalı ilə bağlı bəyənat yayıb

Türkiyə XİN Xocalı ilə bağlı bəyənat yayıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının ildönümü ilə məlumat yayıb. "Olaylar" xəbər verir ki, məlumatda qeyd olunur: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri Ermənistan ordusunun silahlı dəstələri Azərbaycanın torpağı olan Dağlıq Qarabağın Xocalı şəhərin hücumu nəticəsində şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb. Azərbaycan ərazilərinin işğalı, o cümlədən mülki əhaliyə qarşı edilən qeyri-insani hücum nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk edərək öz ölkələrində qaçqın kimi yaşamağa məcbur olub. Hazırda Azərbaycan ərazisinin iyirmi faizi işğal altındadır. Xocalıda törədilən bu qətliamı və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını pisləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31