Əli Kərimli anladımı?

Əli Kərimli anladımı?

AXCP sədrinin kənarda qalması tərəfdarlarının ona qarşı ittihamlarını artırır

Parlement seçkiləri ərəfəsində AXCP sədri Əli Kərimlinin guya ki, boykot qərarı verməklə müxalifətə dırnaqrarası örnək olacağı xəyalına dalması onun utopik düşüncəsini alt-üst edib. Göründüyü kimi, Ə.Kərimli heç bir halda öz dar düşüncəsini bütövlükdə müxalifətə sirayət etdirə bilmədi. İlk öncə, onun sözügedən qərarı seçkilərdə iştirak edəcək müxalif düşüncəli şəxsləri kifayət qədər güldürdü, istahzalar yaratdı.

Əli Kərimli hansı səhvə, məhvolma vəziyyətinə düçar olduğunu anlayır, amma gecdir...

İndi isə, AXCP sədri məhz tərəfdarlarının ittihamlarına məruz qalır. Xüsusilə, seçkilərdə iştirak etməmək məsələsini əllərində əsas tutan partiya üzvləri Kərimlini partiyanı dağıtmaqda, partiyadaşlara xəyanətdə suçlayırlar. Bütün bunlar isə təsdiq edir ki, çox qısa müddət ərzində ya Ə.Kərimli partiyadan zor gücü ilə, hətta qiyam şəklində olsa belə, qovulacaq, ya da AXCP siyasi təşkilat olaraq, birdəfəlik siyasi arenadan getməli olacaq. Beləliklə, bəlkə də Ə.Kərimli hansı səhvə, məhvolma vəziyyətinə düçar olduğunu anlayır, amma gecdir...

Əli Kərimli siyasi müxalifət düşərgəsində Müsavat, "REAL", "Ümid", VHP, VBP, VİP, AXP, KXCP və s. partiyalardan da kəskin kötək yeyib

Başqa tərəfdən, AXCP-dən sızan bir sıra mənbə xəbərlərinə görə, artıq bu paprtiyanın üzvü olmalarına rəğmən, istefa verib-seçkilərdə iştirak etmək istəyənlər də var. Əgər bu həqiqətən də belədirsə, demək ki, Ə.Kərimli yalnız özü-özünə balta çalmamış olmur, həmin baltanı elə tərəfdarları olmuş şəxslər də ona doğru yönəldirlər. Halbuki, Ə.Kərimli siyasi müxalifət düşərgəsində Müsavat, "REAL", "Ümid", VHP, VBP, VİP, AXP, KXCP və s. partiyalardan da kəskin kötək yeyib. Görünür, bu kötəklərdən ayılmamış, indi də öz tərəfdarlarının kötəklərini, yaxud balta zərbələrini mütləq şəkildə yeməli olacaq AXCP sədri açıq-aydın şəkildə dalana dirəndiyinin fərqinə varmağa başlayıb. Ümumiyyətlə isə, xalq parlament seçkilərinə qatılır və bu seçkilər ölkənin demokratik mühitinə yeni ab-hava qatmaq üzrədir. Ə.Kərimli isə, partiyadan qiyam yolu ilə qovulsa belə, yaddaşlarda dağıdıcı, ucuz, rüsvayçı sədr olaraq qalacaq. Bax, bunu isə o sözün əsl mənasında haqq edir.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31