“Dünyadakı super dövlətlər Azərbaycanı sabit ölkə kimi tanıyır” – Bəhruz Quliyev

"Son 16 ildə Azərbaycanın bütün sahələri ilə yanaşı xarici siyasətində də çox mühüm uğurlar əldə olunub”. Bu fikirləri açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.  Müstəqil Azərbaycan dövlətinin müstəqiliyinin Ulu Öndər Heydər Əliyev tərəfindən əbədiləşdirildiyini deyən ekspert xatırladıb ki, hələ 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması ərəfəsində dünyada baş verən kataklizimlər Azərbaycandan da yan keçmədi: “Belə ki, o dövrdə bir ictimai-iqtisadi formasiyadan digərinə keçid nəticəsində ölkəmizin bütün iqtisadi resursları dağıdılmış, Azərbaycan xarici dövlət borcları həddindən artıq artmış, ölkənin büdcəsi talan edilmiş, siyasi sistem, vətəndaş cəmiyyəti çox böyük problemlərlə üz-üzə qalmışdı. Bir sözlə ifadə etsək, ölkəmiz həmin dövrdə həm mənəvi, həm siyasi, həm də iqtisadi sahədə dağılma ərəfəsində idi. Məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə müstəqil Azərbaycanın əbədiləşməsinin təməli qoyuldu”.

"Son 16 ildə Azərbaycanın bütün sahələri ilə yanaşı xarici siyasətində də çox mühüm uğurlar əldə olunub". Bu fikirləri açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. 

Müstəqil Azərbaycan dövlətinin müstəqiliyinin Ulu Öndər Heydər Əliyev tərəfindən əbədiləşdirildiyini deyən ekspert xatırladıb ki, hələ 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması ərəfəsində dünyada baş verən kataklizimlər Azərbaycandan da yan keçmədi: "Belə ki, o dövrdə bir ictimai-iqtisadi formasiyadan digərinə keçid nəticəsində ölkəmizin bütün iqtisadi resursları dağıdılmış, Azərbaycan xarici dövlət borcları həddindən artıq artmış, ölkənin büdcəsi talan edilmiş, siyasi sistem, vətəndaş cəmiyyəti çox böyük problemlərlə üz-üzə qalmışdı. Bir sözlə ifadə etsək, ölkəmiz həmin dövrdə həm mənəvi, həm siyasi, həm də iqtisadi sahədə dağılma ərəfəsində idi. Məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə müstəqil Azərbaycanın əbədiləşməsinin təməli qoyuldu".

Baş redaktor söyləyib ki, bünövrəsi Ulu Öndər tərəfindən qoyulan siyasətin son 16 ildə  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda inkişaf yeni keyfiyyət məhələsinə qədəm qoyub: "Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq siyasətdə, xarici ölkələrlə əməkdaşlıq formatlarında kifayət qədər qəbul olunan, özünəməxsus yeri olan ölkəyə çevrilib. Xarici siyasət uğurlarımıza nəzər saldıqda 2019-cu il bu sahədə bir sıra nailiyətlərlə yadda qalıb. Ötən gün Prezident İlham Əliyev yerli media nümayəndələrinə müsahibəsində də bildirdi ki, bu il Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli, həm qonşuluq siyasəti, həm də mühüm layihələrin həyata keçirilməsində təşəbbüskar və icraçı kimi bir sıra uğurlar əldə edib. Dünyadakı super dövlətlər Azərbaycanı sabit ölkə kimi tanıyır. Bununla yanaşı ölkəmiz dünyada həm hərbi, həm də digər sahələrlə bağlı məsələlərin müzakirəsi üçün ən etibarlı platforma hesab edilir".

B. Quliyev  vurğulayıb ki, Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahiblik etməsi, ölkəmizin dünyadakı nüfuzunun, inamın göstəricisidir: "Azərbaycan bütün sahələrdə olduğu kimi xarici siyasətdə də öz sözünü demiş ölkələrdən birinə çevrilib. 2019-cu ildə Azərbaycanda Türkdilli  Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünün,  Qoşulmama Hərəkatanın toplantısı, eləcə də ölkəmizin 120 ölkənin üzv olduğu beynəlxalq təşkilata sədrlik etməsi xarici siyasət uğurlarımızın göstəricilərindəndir. Qoşulmama Hərəkatına üzv olan ölkələr arasında bir-birinə yaxın olmayan, hətta aralarında müəyyən problemləri olan ölkələr olsa da, onlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələdə birlik nümayiş etdirib, ölkəmizin mövqeyini birmənalı olaraq dəstəkləyərək, bəyənat imzaladılar. Bu, əlbəttə ki, ölkəmizin xarici siyasət sahəsində əldə etdiyi mühüm nailiyyətdir".

Cari ildə Azərbaycanın Avropa İttfaqı ilə münasibətləri baxımından da uğurlu il olduğunu deyən ekspert qeyd edib ki,  Prezident İlham Əliyev dəfələrlə çıxışlarında da Aİ-Azərbaycan arasında əməkdaşlığın ən yüksək səviyyədə qurulduğunu bəyan edib: "Bu ilin iyun ayında Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri, burada əməkdaşlıq formatlarının gələcək perspektivləri ilə bağlı aparılan müzakirələr bir daha göstərir ki, Aİ-də Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Ölkəmizin Aİ-lə enerji sahəsi ilə bağlı da ciddi əməkdaşlıq uğurları var. Bu istiqamətdə müxtəlif sazişlər bağlanıb, layihələr icra edilir. Bu il xarici siyasət uğurlarımıza nəzər yetirdikdə deyə bilərik ki,  həm Qərb, həm Şərq, həm də Avropa Azərbaycanla çoxtərəfli formatlarda, müxtəlif layihələrdə əməkdaşlıqda maraqlıdır".

B. Quliyev qeyd edib ki, son 16  ildə Azərbaycanda həyata keçirilən uğurlu xarici siyasət nəticəsində əldə olunan mühüm nailiyyətlərdən biri də ölkəmizin Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında sırf donor ölkəyə çevrilməsidir: "Prezident İlham Əliyev ötən gün müsahibəsində də qeyd etdiki, artıq Azərbaycan borc verən ölkəyə çevrilib. Ümumiyyətlə, son dövrdə Azərbaycanın sürətlə inkişaf etməsi ölkəmizin regiondan kənarda investor kimi fəaliyyətinə geniş imkanlar yaradıb. Bunun özü Azərbaycan üçün çox böyük uğurdur.  Qazanılan nailiyyətlər bir daha sübut edir ki, son 16 ildə Azərbaycanın xarici siyasət strategiyası uğurla və düzgün şəkildə həyata keçirilir".

Ay An

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31