Azərbaycanın çevik və düşünülmüş xarici siyasəti ölkəyə böyük uğurlar gətirib- TƏHLİL

Azərbaycanın çevik və düşünülmüş xarici siyasəti ölkəyə böyük uğurlar gətirib-TƏHLİL

Ölkəmizin ənənəvi tərəfdaşları ilə əlaqələri daha yüksək pilləyə qalxıb

Azərbaycan müstəqillik əldə etdikdən sonra yürütdüyü xarici siyasət dünya dövlətləri, eləcə də beynəlxalq birliklər tərəfindən diqqətlə izlənilir. Qətiyyətlə demək olar ki, ölkəmizin həyata keçirdiyi düşünülmüş xarici siyasət dünyanın super gücləri və nüfuzlu beynəlxalq təşkilatları ilə bərabərhüquqlu tərəfdaşlıq səviyyəsinə yüksəlib. Daha dəqiq, Azərbaycan dünya ölkələri üçün strateji tərəfdaş, etibarlı partnyor dövlətinə çevrilib. Həyata keçirilən düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycanın ənənəvi tərəfdaşları ilə əlaqələri daha yüksək pilləyə qalxıb. Cünki, Azərbaycanın qonşu ölkələrlə əlaqələri qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmama prinsipləri əsasında qurulub. Məhz həyata keçirilən uğurlu xarici siyasətin nəticəsidir ki, Azərbaycan beynəlxalq aləmdə dəstəklənərək söz sahibinə yiyələnə bilib.

Elə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli jurnalistlərə müsahibəsində də ölkəmizin yürütdüyü xarici siyasətinə toxunub. Bildirilib ki, Azərbaycan çevik və düşünülmüş xarici siyasəti ölkəyə böyük uğurlar gətirib. Xüsusən, ölkəmizin ənənəvi tərəfdaşları ilə əlaqələridaha yüksək pilləyə qalxıb, Azərbaycanın qonşu ölkələrlə əlaqələri qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmama prinsipləri əsasında qurulub. Etiraf edilməlidir ki, Azərbaycan hazırda mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, "regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz".  Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, hazırda Azərbaycan Respublikasının onlarla xarici ölkələrdə səfirliyi, beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, baş konsulluğu, təmsilçilik ofisi və fəxri konsulluğu fəaliyyət göstərir. Həmçinin respublikamızda çoxsaylı xarici ölkələrin diplomatik korpusları fəaliyyətdədirlər. Məhz belə diplomatik əlaqələr imkan verir ki, Azərbaycan öz həqiqətlərini dünya ictimaiyyətinə çatdıra  bilsin.

Məlum olduğu kimi  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin prioritetini təşkil edir. Ermənistanın işğalçı siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində həyata keçirilən düşünülmüş srtategiya artıq nəticəsini büruzə verməkdədir. Nəzərə almaq lazımdır ki, elə bir beynəlxalq tədbir, elə bir səfər yoxdur ki, dövlət başçısı orada ümumilli problemimiz olan Dağlıq Qarabağ məsələsini qaldırmasın. Yeri gəlmişkən qeyd edək ki, təkcə 2019-cu ildə Azərbaycana 40-dan çox dövlət və hökumət başçısı səfər edib, ölkəmiz onlarla önəmli beynəlxalq tədbirlərə ev sahibliyi edib. Məhz bu amil imkan verib ki, Azərbaycan öz həqiqətləri ilə bağlı dünya ictimaiyyətinə geniş məlumat çatdırsın.  

Erməni yalanlarına qarşı dünya miqyasında Azərbaycan tərəfindən aparılan uğurlu diplomatik hücum strategiyasının bariz nəticələri sezilməkdədir. Artıq Ermənistanın ölkəmizə qarşı təcavüzü bir sıra ölkələrin parlamentlərində müzakirəyə çıxarılıb, insanlıq əleyhinə cinayət kimi xarakterizə olunub. Bu da Azərbaycanın artan ikitərəfli əlaqələrinin inkişafından xəbər verir. Çevik çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun "diplomatik paytaxtı"na çevrilməkdədir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın müstəqilliyinin 20 illiyində BMT TŞ-yə seçilməsi böyük tarixi qələbə idi. Qeyd olunmalıdır ki, diplomatik dairələrdə BMT TŞ-yə seçkiləri uğurla apararaq bu posta yiyələnmək və eyni zamanda, qeyri-daimi üzv kimi üzərinə düşən məsuliyyətli yükü layiqincə icra etmək və qlobal problemlərin həllinə töhfə vermək dövlətin inkişaf səviyyəsinin mükəmməlliyinin xüsusi meyarı kimi qəbul olunur.

İkitərəfli və çoxtərəfli qaydalar əsasında xarici siyasətimizin coğrafiyasının genişləndirilməsini şərtləndirən vacib amillərdən biri də Azərbaycanın iqtisadi imkanlarının artmasıdır. Bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Azərbaycan artıq investisiya qəbul edən ölkədən investisiya ixrac edən ölkəyə çevrilmişdir. Yürütdüyü çoxistiqamətli siyasət nəticəsində Azərbaycan bu gün kəsişmə nöqtəsində yerləşdiyi Xəzər, Qara və Aralıq dənizləri hövzələri, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa regionlarının siyasi-iqtisadi proseslərində, onları birləşdirən enerji, nəqliyyat layihələrində yaxından iştirak edir və bir çox hallarda bu kimi layihələrin təşəbbüskarı kimi çıxış edir. Ölkəmizin ilbəil artan iqtisadi qüdrəti  imkan verir  regionlararası inkişaf üçün gələcəkdə də fəaliyyətini daha intensiv şəkildə qursun. Tədqirəlayiq haldır ki, Azərbaycan öz yüksək iqtisadi potensialını bütün regionun inkişafına yönəltməyə hazırdır.

Azərbaycan eyni zamanda dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli rola malikdir. Ölkəmiz siyasi və təhlükəsizlik baxımdan dünyanın ən qaynar regionlarında belə əminamanlığın təmin olunmasında öz töhvəsini verməkdədir. Xatırladaq ki, Azərbaycan qaynar nöqtələrdən olan Yaxın Şərq regionu üzrə şuranın iclas və görüşlərində iştirak etmiş, xüsusən də Fələstin, Suriya, Liviya, Livan, Yəmən və dünyanın gündəmində olan bu kimi digər məsələlərin müzakirəsində yaxından töhfəsini vermişdir. BMT TŞ-yə üzvlük ölkəmizə xüsusilə Afrika və Latın Amerikası kimi regionlarda yeni tərəfdaşlar qazandırmış, iqtisadi, siyasi, mədəni və sosial-humanitar sahələrdə yeni əməkdaşlıqlara yol açmışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın irəli sürdüyü təşəbbüslər beynəlxalq əməkdaşlığı yeni pilləyə qaldırmaq məqsədinə xidmət edir. Elə bu səbədən də beynəlxalq aləmin mütləq əksəriyyəti Azərbaycanın mövqeyini dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin həllini ərazi bütövlüyü çərçivəsində görür.  Göründüyü kimi, düşünülmüs siyasi strategiya, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması məqsədi daşıyan xarici siyasət kursunun uğurla həyata keçirilməsi  müstəqil dövlətimizi dünya birliyinin layiqli, demokratik, sülhsevər dövlətləri sırasına qoşmaqdadır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət strategiyasının uğurlu davamı  müstəqil dövlətimizin beynəlxalq aləmdə  mövqelərinin  daha da yüksələcəyinə olan ümidləri  getdikcə  artırır.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31