Azərbaycanla Qazaxıstan arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər barədə protokol təsdiqlənib
Azərbaycanla Qazaxıstan arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər barədə protokol təsdiqlənib
23 Dekabr 2019 17:37 SiyasətPrezident İlham Əliyev "2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə" Protokolun təsdiq edilməsi haqqında qanunu imzalayıb.
"2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə" Protokol 2019-cu il oktyabrın 14-də Bakı şəhərində imzalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31