“Minsk qrupundan imtina edib, yerinə…” – Sensasion Qarabağ təklifi

“Minsk qrupundan imtina edib, yerinə…” – Sensasion Qarabağ təklifi

"İndiki situasiyada Qarabağ münaqişəsi zonasında gərginliyin artacağını gözləmək lazım deyil".

Bunu rusiyalı politoloq Vladimir Lepexin deyib.

Ekspert ATƏT-in Minsik qrupunun Ermənistan-Azərbaycan münaqişəsində oynadığı rola da diqqət çəkib:

"İndi Qarabağ münaqişəsinin həllinə bəzi yanaşmalara yenidən baxılması prosesi gedir. On il əvvəl də demişdim ki, ATƏT-in Minsk Qrupu bu problemi heç vaxt həll etməyəcək, həmsədrlər yalnız münaqişəni dondurmaqla məşğuldur.

Mənim fikrimcə, bu münaqişənin gələcəyi bölgənin 6 ölkəsinin - Ermənistan, Rusiya, Gürcüstan, İran, Azərbaycan və Türkiyənin iştirak edəcəyi 3 + 3 formatından asılıdır. Əminəm ki, bu gün bəzi yeni səhifələrin açılması lazımdır. Müzakirələri yeni formatda davam etdirmək lazımdır".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31